58 terrorçu məhv edilibbackend

58 terrorçu məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatlarda 58 terrorçu zərərsizləşdirilib, girov götürülən 66 nəfər xilas edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Musa Danmadami verdiyi açıqlamada ordunun son iki həftədə Borno əyalətində terror təşkilatı Boko Haram üzvlərinə qarşı əməliyyatlar keçirdiyini bildirib.

Danmadami əməliyyatlarda 58 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralanaraq xilas olduğunu qeyd edib.

Əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 66 nəfərin xilas edildiyini qeyd edən Danmadami 876 terrorçunun orduya təslim olduğunu bildirib.

Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən 2009-cu ildən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.

Terror aktları və qarşıdurmalar səbəbindən ölkədə yüz minlərlə insan miqrasiya etməli olub.