600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçdibackend

600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbul imtahanında yüksək bal toplayan abituriyentlərin Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) maraq səviyyəsi yüksəlib.

AzMİU-dan İnterpress.az-a verilən məlumata görə, 2022-2023-cü tədris ilində 600-dən yüksək bal toplayan 7 abituriyent AzMİU-nu seçib.

Yüksək bal toplayan 3 abituriyent – Yulduz İbrahimova (655), Nərmin Qəhrəmanova (611) və Pərvin Məmmədova “Memarlıq”, 2 abituriyent – Mətin Xəlilov (649) və Murad Musayev (618) “İnşaat mühəndisliyi, Arzu Nəsirova (646) “Kommunikasiya sistemləri mühəndisliyi” və Nərmin Tomarova isə “İnformasiya texnologiyaları” ixtisasına qəbul olublar. Məlumat üçün bildirək ki, 600-dən yüksək bal toplayan tələbə sayına görə universitetin bu ilki göstəricisi AzMİU tarixində ən yüksək nəticədir.

Planlaşdırılan tələbə qəbulu üzrə də universitetdə ötən illərlə müqayisədə rekord qeydə alınıb. 2022-2023-cü tədris ili üzrə AzMİU-ya 2218 tələbə qəbul olunub ki, bu da ümumi planlaşdırılan qəbul yerlərinin 97,52%-i deməkdir.

Qeyd edək ki, abituriyentlərin AzMİU-ya marağının artmasına universitetdə həyata keçirilən islahatlar, tədrisin səviyyəsinin yüksəldilməsi və kadr potensialının gücləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işləri də böyük təsir göstərib. Azərbaycanın memarlıq və inşaat sahəsi üzrə yüz illik tədris ənənəsini özündə birləşdirən AzMİU-da təhsil alan 10000-dən çox tələbənin yaxın gələcəkdə yüksək ixtisaslı kadr kimi ölkəmizdə aparılan quruculuq işlərinin sürətini, eləcə də kefiyyətini artıracağı gözlənilir.