26 milyon dollara piştaxtasını satmadıbackend

26 milyon dollara piştaxtasını satmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AL-Aksa məsçidinin yaxınlığında yerləşən piştaxta qiymətsizdir.
İnterpress.az Xarici Mətbuata istinadən xəbər verir ki, Fələstinli Abu Xatidjanın sözlərinə görə, İsrail hökümətinin təzyiqlərinə baxmayaraq, o öz piştaxtasını satmayacaq. \”Hökümət 26 milyon dollar təklif edib və razılaşacağım təqdirdə məbləğı daha da artırmağı söz verib, lakin mən bu piştaxtanı satmayacam. Bu piştaxta mənə atamdan, ona isə atasından qalıb. “AL-Aksa” məscidinin ətrafında bütün müsəlman məhlələri alınıb və fələstinlilər şəhərdən kənara köçürülüb, mən isə buradan köçməyəcəm. “Əl-Aksa” məscidinin yaxınlığında yerləşən torpaqlar qiymətsizdir\”.
Qeyd edək ki, İsrail höküməti artıq neçə illərdir ki, paytaxtı Tələvivdən Qüds şəhərinə köçürmək istəyir, lakin dünya içtimayəti İsrail hökümətinin bu istəyini xoş qarşılamır.

İnterpress.az