Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin ön və arxa qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 11 ədəd “Samsung Galaxy J1 mini” markalı telefonlar və 8 ədəd adapter aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az