Azərbaycanlı iş adamı həbs edildibackend

Azərbaycanlı iş adamı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamının yaxınlarının APA-ya verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.

Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.

O, Krımda sahibkarlıqla məşğul olub.

İnterpress.az