AŞPA nümayəndə heyyətinin bu formatda görüş keçirməsi bir sıra müxalifət partiyaları tərəfindən birmənalı qarşılanmayıb. Bəzi partiya rəhbərləri bu görüşü ayrı-seçkilik adlandırıb. İnterpress.az xəbər verir ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə Moderator.az-a açıqlamasında bu tədbiri ayrıseçklik hesab etmədiyini deyir:
\”Avropa Şurası Parlament Assambleyasının üzvlərinin öz proqramları, kimlərlə görüşüb nəyi müzakirə edəcəklərinə dair planları olur. Onlar bu kimi şeyləri özləri müəyyən edir. Hesab edirəm ki, buna qarışmaq doğru deyil. Şəxsən mən bu görüşü ayrı-seçkilik kimi qiymətləndirmirəm.”
b]İnterpress.az[/b]