İnterpress.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vali bildirib ki, 1983 təvəllüdlü Abdülqədir Maşaripov Əfqanıstanda təhsil alıb.
Valinin sözlərinə görə, 4 dil bilən terrorçu Türkiyəyə 2016-ci ilin yanvar ayında gəlib: “Onun axtarışı üçün 7200 saat kameralar araşdırılıb, 2 min polis işləyib. Konya, Hatay və İzmirdəki kəşfiyyat orqanları ilə birlikdə ortaq əməliyyat həyata keçirilib”.
Vasip Şahin bildirib ki, terrorçu Başakşəhərdə ev kirayələyibmiş: “Daha sonra iki ev dəyişdirərək gizlənməyə nail olub. Polis bu dövrdə 152 ünvana baxış keçirib, 50 nəfər həbs edilib. Terrorçu günahını etiraf edib və onun barmaq izləri üst-üstə düşüb”.
Vali qeyd edib ki, bu müddətdə onlara 2 min 200-ə yaxın zəng daxil olub.
Qeyd edək ki, yeni il gedəci “Reina” gecə klubuna hücum zamanı 39 nəfəri ölüb, 69 nəfəri yaralanıb.
İnterpress.azhttps://youtube.com/watch?v=KrXvUip7WEo