İnterpress.az-ın məlumatına görə, 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb. İstintaq zamanı onun ötən il dekabrın 17-də Xətai rayon ərazisində Mehriban Fətəliyevanın evindən 5000 manat pul oğurladığı da məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində daha 1 evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Gülnarə Novruzova 8 aylıq hamilə olduğundan onun barəsində həbs qətimkan tədbiri seçə bilməyiblər.
Qeyd edək ki, hamilə qadın analoji cinayət törətdiyinə görə, Binəqədi rayon məhkəməsinin hökmü ilə məhkum olunub, ancaq o zaman da himayəsində 8 yaşına çatmayan uşaq olduğuna görə həbs olunmayıb. Hazırki faktlarla bağlı Gülnarə Novruzovaya qarşı Bakının ayrı-ayrı rayonlarında Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb. (criminal.az)
İnterpress.az