Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.
Əli Məsimli bildirib ki, neçə ki, AZAL-ın inhisarçılığı davam edəcək, biletlərin qiymətlərinin, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar və bunun da nəticəsində narazılıqlar davam edəcək: “Ona görə də AZAl özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər də buraxılmalıdır”.
İnterpress.az