Azərbaycanda elə düşünürlər ki, xanım ərə getdikdən sonra ancaq övlad və ev işləri ilə məşğul olaraq evdar xanım olar ya da bunlardan vaz keçərək iş həyatına addım atırlar. Lakin dünyada bir çox xanımlar evdar xanım olmaqla yanaşı ictimai, professinal işlərinidə kifayət qədər uğurla irəliyə bilir. Belə xanımlar Azərbaycanda da var. Düzdür onların sayı çox olmasada onların həyat tərzi bir çox xanımlara örnək ola bilər. İnterpress.az belə aktiv evdar xanımlardan biri olan Səma Abiyevlə əlaqə saxladı.
– Necə oldu ki, bloger olmaq fikrinə düşdünüz?
İlk dəfə ana olanda hamiləlik dönəmi və körpəyə qulluqla bağlı yaranan çoxlu suallarıma cavabı yalnız əcnəbi saytlardan cavab tapırdım. Rus və türk saytları, jurnalları ana kimi məni məmnun etsələr də, bir jurnalist kimi paxıllığıma səbəb olurdular. Məhz bu səbəbdən də analar üçün akademiya ola biləcək analar.az saytını yaratmağı qərara aldım. Hazırlanmasına 1 il və çoxlu maliyyə tələb olundu. Ancaq səbrlə arzuma tərəf addımlamalı idim.” Videobloq”-um bu saytın daha praktik olması üçün doğuldu. Nəticədə Azərbaycanda analarla bağlı saytlar arasında öz istehsalı olan silsilə şəklində videoməqalələr yer alan ilk sayt yarandı. Videobloqumun həm redaktoru, həm prodüseri, həm aparıcısı, həm operatoru, həm də montajçısı oldum.
Aylıq 1200 nəfər yeni abunəçi qazanıram. Amma kanal ümumi olaraq 9 milyon baxışa sahibdir.
Videoblogumda istifadə etdiyim və etibar etdiyim məhsulların sahibliyini edən şirkətlərin bəziləri sponsorluq təklif edirlər. Özüm istifadə etmədiyim bəyənmədiyim özümə və övladıma layiq bilmədiyim bir məhsulu izləyicimə də layiq bilmirəm. Bununla yanaşı gəliri tək müəyyən sponsorlardan qazanmıram.
Həm də Almaniyada yaradılmış və internetdə dünyaca məşhur aktyor, müğənni və digər tanınmış simaların kinokompaniyaların müəllif hüquqlarını qoruyan “leybl” şirkəti ”Playonmuse”ilə partnyorluq edərək maddi qazancımı artırıram. Yeri gəlmişkən bu şirkət ilk dəfə olaraq əcnəbi bir blogerə özü də Azərbaycanlı bloqerə partnyorluq təklif etdi. Bunu da uğurlarmdan biri kimi hesab edirəm. Şirkətin Türkiyə bölməsi Tarkan, Sezen Aksu, Cem Yılmaz, Boyut Film kimi böyük adların və eləcə də bu gün mənim də veb-məkandakı hüquqlarımı qoruyur.
-Xanımlar daha çox hansı mövzularla maraqlanırlar?
Qadın auditoriyası daha çox makiyaj və saçlara qulluqla bağlı mövzularla maraqlanır. Amma mən mütləq şəkildə onları bu cür mövzularla ətrafıma cəlb etdikdən sonra onlara uşaqlara savadlı qulluq, uşaqlarda kitab oxuma eşqini yaratmaq üsulları və oxunacaq maraqlı kitablar, mütəxəssislərlə faydalı videomüsahibələr təqdim edirəm. Beləcə çalışıram ki, qadınlarımızın bəlli bir hissəsi təkcə dodaq boyası, şampun haqqında ensiklopedik bilgilərə yox həm də, kitab əhli böyüdən, şəxsiyyət formalaşdıran analara çevrilsinlər.
-Evdar xanım olaraq bu işlərlə məşğul olmaq çətin deyilmi?
Bu gün internetin varlığı hər bir kəsə evini tərk etmədən, məsafələr qət etmədən internet vasitəsi ilə pul qazanmağa, karyera qurmağa imkanlar yaradır. Evdə uşaqların böyüdən hər bir xanım evindəcə dayə, tərcüməçilik, fotodizayn, mühasibat işləri, məqalı hazırlanması, toxuculuq, kopiraytinq, hand-made, food blogging və daha sonsuz sayda işlı məşğul olub sevinc və pul qazanmaq olar. Bu gün kanadalı və ya amerikalı evdar xanımlar adi ev işləri haqqında bilgiləri video formatda blog aparmaqla kifayət qədər pullar qazanırlar.
Orxan Muxtarlı
İnterpress.az