İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və dünən evlərinə qayıdıb. Məlum olub ki, sözügedən polis axtarıldığından xəbərsiz imiş.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.
Versiyalardan birində DYP əməkdaşının böyük məbləğdə borclu olduğuna görə gizləndiyi bildirilirdi. Onun qumar oyunlarında uduzduğu deyilirdi.
İnterpress.az