Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 38 ünvanında yaşayan 1950-ci il təvəllüdlü Yaşar Əliyev özünü həyətdə ağacdan kəndirlə asaraq öldürüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır. ( report.az )
İnterpress.az