İnterpress.az xəbər verir ki, Zamiq Məmədli özünün “Facebook” səhifəsində yazıb: “Avropa Parlamentindəki məlum tədbirin iç üzünü ifşa etməyimiz Xədicə İsmayıl və Emin Mill cütlüyünün sonradan azərbaycandilli auditoriyaya ayırdıqları çıxışlarında Qarabağ və \”Sarkisyan” mövzularına toxunmağa, çıxışlarına tələm-tələsik düzəlişlər və əlavələr etmələrinə səbəb oldu (hər kəsin bildiyi, klassik \”çayxana\” söhbətləri).
Bu teatral retorika faktı dəyişmir. Fakt isə ondan ibarətdir ki, Meydan TV \”erməni soyqırımı\”nı tanıyan bəyanat verib, Azərbaycanı anti-erməni təbliğatı aparmaqda günahlandırıb və bu bəyənat hələ də MeydanTV-nin saytındadır, “Milli” ləqəbli Emin Abdullayevə sponsorluq edən erməni lobbisinin AP-dəki təmsilçisi Yaromir Ştetinadır”.
İnterpress.az