Əri tərəfindən öldürülən qadından ailəsi də imtina etdi?backend

Əri tərəfindən öldürülən qadından ailəsi də imtina etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a Gədəbəy rayonun Zəhmətkənd sakinləri məlumat verib. Onların bildirdiyinə görə, Dürdanə Əsgərovanın dəfn mərasimində ailə üzvləri də iştirak edib:

“Biz kənd camaatı, bələdiyyə işçiləri, kənd icra nümayəndəsi, el-oba yığışıb onu dəfn etdik. Elə şey olar? Kənd yerində morqda cəsəd qalar? Hələ yaxşı ehsan da verildi. Qardaşı da dəfn və yas mərasimində iştirak edib. Qəbri də kənddədir.”

Sakinlər Dürdanə Əsgərovanın valideynlərinin ondan imtina etmədiyini vurğulayıb: “Həddindən artıq kasıb adamlardır. Qardaşı mal-qaraya baxıb, çobanlıq edir. Çox imkansız ailədir. Allahverdiyev Zamur isə içki düşkünüdür. Həmişə bu qızı döyürmüş. Qardaşı gəlib ki, Dürdanəni evlərinə aparsın, o da getməyib.”

Gədəbəy rayonunun Zəhmət kəndində, qısqanclıq zəminində ər arvadını qətlə yetirib. 1978-ci il təvəllüdlü Zamur Allahverdiyev həyat yoldaşı, 1983-ci il təvəllüdlü Dürdanə Əsgərova ilə mübahisə edib. Mübahisə zamanı ər arvadına yumruqla zərbələr endirib. Qadın aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

İnterpress.az