İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı 45 dəqiqə çəkib.
Liderlər ikitərəfli əlaqələr və terrorla mübarizə məsələləri müzakirə ediblər. Tramp ölkəsinin strateji tərəfdaşı və NATO-nun müttəfiqi olan Türkiyəyə dəstəyini ifadə edib, terror təşkilatı İŞİD-ə qarşı mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib.
Ərdoğan iki ölkənin dost və müttəfiq olduğunu bildirib, Trampa prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb.
İnterpress.az