“Lapşinin məhkəməsi tv-lərdə canlı yayımlansın”backend

“Lapşinin məhkəməsi tv-lərdə canlı yayımlansın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, fitnə toxumu səpən kimliyindən, hansı güclü dövlətin vətəndaşlığından güc almasına baxmayaraq ən sərt cəzaya məruz qalmalıdır:

“O cümlədən Lapşinə də heç bir güzəşt edilmədən ədalətli məhkəmə keçirilməli və cəzasını almalıdır.

Biz Azərbaycanda demokratiya və azadlıqlar uğrunda mübarizə aparırıq. Belarusda da bu sahədə problemlər var. Buna baxmayaraq, Belarus dövlətinin atdığı bu addımı yüksək qiymətləndirir və Belarus prezidenti Aleksandr Lukaşenkoya da təşəkkürümü bildirirəm. Belarus respublikası ilə uğurlu danışıqlar aparan Azərbaycan tərəfinə, o cümlədən bu məsələdə prinsipiallıq göstərən Azərbaycan prezidenti İlham Əliyevə də təşəkkürümü bildirirəm”.

Lapşin cəzasının ən azından xeyli bir hissəsini Azərbaycanda çəkəcəyinə və onun başqa tərəfə verilməyəcəyinə ümid etdiyini deyən AXCP sədri bildirib ki, çox yaxşı olardı, onun məhkəməsi Azərbaycan televiziyaları tərəfindən azərbaycan, rus və ingilis dillərində canlı olaraq yayımlansın:

“Bu Azərbaycan torpaqlarını işğal etmiş, təcavüzkar Ermənistana və fitnə toxumu səpən havadarlarına ən layiqli cavab olacaq.

Bu fitnə toxumu səpən namərdin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə əməlləri var. Qoy ədalətli məhkəmə onun taleyini həll etsin”.

İnterpress.az