On yaşlı qızın qəhrəmanlığıbackend

On yaşlı qızın qəhrəmanlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəhrəmanlıq göstərməyin yaşı, cinsi, təhsili və fiziki bacarıqları olmur. Ən önəmlisi odur ki, fövqəladə hallarda cəsarət, şücaət və ruh yüksəkliyi ilə mövcud durumdan baş çıxarmaqdır. Yaşınız az olmasına və fiziki cəhətdən zəif olmasına baxmayaraq on yaşlı Yulya Çernova böyüklərə xas olan bu sadalananları isbat etməklə öz azyaşlı bacı və qardaşlarını yanan evdən xilas edərək onları ölümün pəncəsindən qoparmağı bacarıb.

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Belqorad şəhəri yaxınlığında Proxorovo rayon Teterevino kəndində kiçik bir evdə yaşayan ailənin altı uşaq anası evdə təbii qazın olmadığı üçün kiçik yaşlı beş uşaqlarıı Yulyanın nəzarətinə tapşırıb hər zamankı kimi meşəyə odun gətirməyə gedir. Otaqda oynadıqları zaman qonşu otağın yanmasından təşvişə düşən uşaqlar qorxub çarpayının altında və şkafın işində gizlənməyə çalışırlar. Yanğının getdikcə şiddətləndiyini görən Yulya özünü itirmədən bütün gücünü toplayaraq onları gizləndikləri yerdən çıxarmağı bacarır və yumruğunu sıxaraq otağın pəncərəsini sındıraraq şüşə qırıqları onları doğramasın deyə yataq örtüyünü pəncərəyə atır.

Bacı və qardaşlarını qucağına götürüb pəncərədən çölə çıxardaraq onları təhlükəsiz hissəyə yerləşdirir. Ən kiçik olan yaşyarımlıq qardaşını çölə qoyduğu zaman yanğından xəbər tutan qonşularının ona yaxınlaşdığını görən Yulya üç yaşlı bacısını onlara təhvil verdikdən sonra keçirdiyi sarsıntı və itirdiyi gücdən huşunu itirərək yıxılır. Qonşuların dediyinə görə bütün bacı və qardaşlarının adını sadalayan Yulya onlardan heç birinin yaralanmadığına və onların xilas olmalarını xəbər alaraq sayıqlayaraq adlarını təkrar edirmiş.
Yanğınsöndürənlər gələnə kimi külə dönmüş evdə bütün əşyalarla bərabər sənədlərin də yandığı bildirilir. Yanğının səbəbi elektrik xəttindəki qısa qapanmadan qaynaqlandığı bildirilir.

İnterpress.az