Tramp Nazirlər Kabinetinin tərkibini təsdiq edibbackend

Tramp Nazirlər Kabinetinin tərkibini təsdiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

\”Prezident Donald Tramp bu gün kabinetində işləyəcəyi 24 nəfərin adı rəsmən elan edib\”, – deyə məlumatda bildirilib.

Qeyd olunur ki, kabinet üzvlərinin 4-ü qadındır.

Qeyd edək ki, Trampın administrasiyasında bir neçə multi-milyonçu, ailə sərvətinin varisləri və \”Forbes\”in siyahısından iki nəfər təmsil ediləcək. Bütün vəzifələr təyin edilmədiyi üçün milyonçuların sayı arta bilər.

Trampın komandasında bu şəxslər yer alır: Ticarət naziri Uilbir Ross və onun müavini Todd Rikkets. \”Goldman Sachs\” şirkətinin sabiq icraçı direktoru Stiven Mnuçin maliyyə naziri, Betsi Devos isə təhsil naziri vəzifəsinə təyin edilib.

Amerikanın ən varlı neft maqnatlarından sayılan Harold Hemm də bu komandaya qoşula bilər. Harold energetika naziri postuna iddialıdır. Restoran biznesi ilə məşğul olan Endrü Pazder əmək naziri postunu tuta bilər.

Trampın komandasına daxil olanların əksəriyyəti dünyaya varlı kimi gəlib, nüfuzlu məktəblərdə təhsil alıb. Onlar siyasi namizədləri maliyyələşdirmək sahəsində böyük təcrübəyə malikdirlər.

İnterpress.az