“Atama verilən işgəncələr Lapşinə verilsin”backend

“Atama verilən işgəncələr Lapşinə verilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maraqlıdır, həm də Rusiya vətəndaşı olan Lapşinin erməni əsirliyindəki həmvətənimiz Dilqəm Əsgərovla dəyişdirilməsi mümkün olarmı? Xatırladaq ki, Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır.

İnterpress.az xəbər verir ki, Moderator.az olaraq bu sualla sabiq daxili işlər naziri İsgəndər Həmidov və politoloq Cümşüd Nuriyevə müraciət etmişdir. Hər iki siyasi xadim Lapşinlə Dilqəm Əsgərovun dəyişdirilməsini doğru hesab etməmişdilər.

Bu barədə Dilqəm Əsgərovun ailəsinin də mövqeyini öyrənmək qərarına gəldik.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov sualımızın cavabında bunları deyib:

“Lapşin Azərbaycanın dövlət sərhəddini pozub, Azərbaycan dövlətinə qarşı təxribat xarakterli fikirlər söyləyib. Qondarma Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb. Baxın, budur əsl cinayətkar. Mənim atam da Rusiya vətəndaşıdı. Bugünkü gün Rusiya Lapşinin müdafiəsinə qalxırsa, 3 il erməni girovluğunda qalan atamın niyə müdafiəsinə qalxan yoxdur?
Azərbaycan dövlətindən xahiş edirəm ki, atama 3 ilə ərzində verilən işgəncələr 3 gün ərzində Lapşinə verilsin. Qoy onun kimi gədələr də anlasın ki, Qarabağ bizimdir”.

İnterpress.az