“Onun taleyinə məhkəmə qərar verəcək”backend

“Onun taleyinə məhkəmə qərar verəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “RİA Novoti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Lapşinin taleyinə məhkəmə qərar verəcək:

“Məsələnin siyasiləşdirilməsi məni təəccübləndirir və hiddətləndirir. Onu daima blogger adlandırırlar. Əgər o mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O qanunları pozub və hüquqi əsaslarla barəsində cinayət işi başladılıb. Buna əsasən beynəlxalq axtarışa verilib və Belarus onu saxlayıb. Kişinyov konvensiyasına müvafiq olaraq hər şey qanun çərçivəsində edilib. Onun blogger olması barədə spekulyasiyalar qanun qarşısında toxunulmazlığı mənasını vermir.”

Fevralın 7-də Belarus Ali məhkəməsi Baş prokurorluğun rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər etmiş Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərarını qüvvədə saxlayıb. Elə həmin günün axşamı Lapşin Minskdən Bakıya çatdırılıb.

İnterpress.az