Bu barədə Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirdiyi geniş iclasında deyilib.
Bildirilib ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınmış, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilmiş, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.
Qeyd edək ki, iclasda şura sədri, Ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib.
Mahir Niftəliyev
Səyyad Qafari
Lətifə Məmmədova
İsmayıl Vəliyev
Anar Alməmmədov
Ülvi Qənbərov
İnterpress.az