Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabının 38-ci ildönümümünasibətilə mətbuat konfransında məlumat verib.
“Cari ilin mart ayında prezident İlham Əliyevin İrana səfəri gözlənilir”, – deyə C.Cahangirzadə bildirib. Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı və İranın Bakıdakı səfirlikləri səfərin tarixi və proqramı üzərində iş aparır.
Səfir əlavə edib ki, İran və Azərbaycan prezidentləri o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammiti çərçivəsində 1 mart tarixində İslmabadda görüşəcəklər. “Həmçinin, İran prezidentinin Rusiyaya səfəri planlaşdırılır”, – deyə C.Cahangirzadə vurğulayıb.
İnterpress.az