İnterpress.az AzVision.aza istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland bildirib.
Olland qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci il dönümüdür. Fransa prezidenti bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib.
Səfər çərçivəsində tərəflər ikitərəfli əlaqələri müzakirə edəcək. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: “Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir”.
İnterpress.az