İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdəki müzakirələrdə Xocalı soyqırımını törədənlər haqqında danışarkən deyib.
Hərbi prokuror Xocalı qatillərinin cəzalandırılmasının mümkün olmamasının səbəbləri haqda danışarkən dünyadakı ikilistandartların mövcudluğunu xatırladıb: “Bunu hamınız bilirsiniz, dünyada ikilistandartlar var. Müsəlmana bir münasibət var, xristiana başqa… Beynəlxalq İnterpol Təşkilatı da eyni mövqedə durub, başqaları da”.
X.Vəliyev “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin hazırlanmasına təqdirlə yanaşmaqla yanaşı, layihəyə əlavə və dəyişikliklərini təklif edib: “Bu qanun layihəsi qəbul olunsa, əlavə bir rıçaq əldə etmiş olacağıq. Nəticədə Azərbaycan vətəndaşlarına qarşı soyqırım törədən və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin mühakiməsi mümkün olacaq”.