Yaponiyanın baş naziri Trampın qonağı olacaqbackend

Yaponiyanın baş naziri Trampın qonağı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu səfər Şinzo Abenin Trampla ikinci görüşüdür. Tramp prezident seçildikdən sonra Abe ilə bir dəfə görüşüb. Tərəflərin görüşü bu dəfə Ağ Evdə baş tutacaq.

Abeni səfər vaxtı maliyyə, xarici işlər və ticarət nazirləri müşayət edəcək. Ağ Evdəki görüşdən sonra liderlər Floridada qolf oynamaq üçün \”Palm Beach\”-ə yollanacaqlar.

Şinzo Abe və Trampın görüşü iki ölkənin güclü ittifaqı və dərin iqtisadi münasibətlərinin olduğunu bir daha sübut edir.

Yaponiyalı baş nazir görüşə \”ABŞ-Yaponiya inkişaf və istihdam təşəbbüsü\” adlı təkliflər paketi ilə gedir. Qeyri-rəsmi məlumatlara görə təklifdə 1 milyon 700 min iş yerinin yaradılması və 400 milyard dollar dəyərində yeni bazarların qurulması nəzərdə tutulub.

Görüş vaxtı həm də təhlükəsizlik məsələləri də müzakirə ediləcək.

İnterpress.az