İnterpress.az xəbər verir ki, BMT mətbuat xidmətindən bildirilib ki, görüş BMT baş katibinin Yaxın Şərqə ilk turnesi çərçivəsində Türkiyəyə səfəri zamanı İstanbul şəhərində baş tutub. Görüşdə Quterriş ilə Ərdoğan Suriya və İraqdakı vəziyyəti, habelə Kipr nizamlanmasını müzakirə edib.
Antoniu Quterriş Rusiya ilə birgə Astanada Suriyaya dair konfransın keçirilməsinə görə Türkiyə prezidentinə təşəkkürünü bildirib. O, Suriyada terror və ekstremizmlə mübarizənin vacibliyini qeyd edib.
Tərəflər həmçinin İraqdakı vəziyyəti müzakirə ediblər. Antoniu Quterriş və Rəcəb Tayyip Ərdoğan həmçinin Kipr nizamlanmasındakı vəziyyəti müzakirə ediblər.
Görüş barədə ətraflı məlumat verilməyib.
İnterpress.az