“Washington post” qəzetinin siyasət dünyasında nüfuzu, qlobal siyasi proseslərin təhlili, proqnozları, rolu haqqında əlavə məlumat verməyə ehtiyac yoxdur.
İnterpress.az nəşrin 11 fevral sayında dərc olunan “Senatorlar Rusiya əleyhinə” yazısını təqdim edir.
“Prezidentdən fərqli olaraq hər iki partiyadan olan senatorlar xaricdə təcavüzkarlıq, öz ölkəsində repressiya həyata keçirən Rusiyaya qarşı sərt mövqe tutmağın vacibliyini qətiyyətlə bəyan edirlər.
Respublikaçılar Partiyasından olan 8 senator bu gün prezident Trampın adına məktub yazıblar.
Məktubda deyilir:
-Birləşmiş Ştatlar birmənalı olaraq Rusiyanı mühakimə etməli və Ukraynada davam edən təcavüzkar siyasətindən çəkindirmək üçün qabaqlayıcı tədbirlər görməlidir. Rusiya beynəlxalq hüquq normalarına zidd olaraq Ukraynaya hücum edib, Krım yarımadasını işğal etmişdir. Rusiya Ukraynanın şərqindəki “separatçılar və üsyançılar” adlananları birbaşa qızışdırır və tərəfini tutur. Bu faciəli konflikt zamanı, 2014-cü ildən indiyədək 10 mindən çox ukraynalı həlak olub, milyonyarım əhali isə yerlərini dəyişməyə məcbur olub. Ukraynanın şərqində, “ təmas xətti” boyunca hərbi əməliyyatların növbəti dəfə genişlənməsi Rusiyanın şər niyyətlərinin davamı kimi dəyərləndirilməlidir.
Əgər Krımda Ukraynanın nəzarəti bərpa olunmazsa, əgər Rusiya Minsk razılaşmasına bütün həcmdə yerinə yetirməzsə və əgər Ukraynanın suverenliyinə yönəlmiş cəhdlərini dayandırmazsa Adminstrasiya Rusiyaya və təsərrüfat subyektlərinə qarşı yönələn Amerika sanksiyalarını qüvvədə saxlamalı, eyni zamanda zərurət yaranarsa yeni sanksiyalar tətbiq etməlidir, çünki Rusiya bunu öz hərəkətləri ilə qazanıb. Bundan başqa, Sizdən xahiş edirik ki, uçan müdafiə silahlarının Ukraynaya göndərilməsini sürətləndirəsiniz. Dinləmələr zamanı dövlət katibi vəzifəsinə təsdiq olunan Tillersonun bu mövqeyi dəstəkləməsi bizi ümidləndirib.
Neçə ki, Moskva böyük tələfat və insan əzabları törətmiş öz döyüş əməliyyatlarına və qaniçən Bşər Əsəd rejiminə dəstək olmaqdan imtnaya son verməyəcək Birləşmiş Ştatlar gələcək Suriya üçün Rusiya ilə heç bir hərbi, diplomatik razılaşmaya geməməlidir. Və ən əsası: Moskvaya çatdırın ki, demokratiya dəyərləri, insan haqqları, şəffaflıq və hesabatlıq Amerika xarici siyasəti üçün əsas şərtdir və Birləşmiş Ştatlar onları bütün dünyada , o cümlədən Rusiyada inkişaf etdirəcək.Biz Sizi buna çağırırıq.Prezident Putin bilməlidir ki, Birləşmiş Ştatlar dünyada ümid və demokratiyanın işığı olaraq qalır və haqq işi üçün mübarizə aparacaq”
Daha sonra məqalənin müəllifi Ceniffer Rubin senatorların məktubunu şərh edərək yazır: “Qəribə olsa da Putinin Rusiyadakı repressiya siyasətinə görə cavab verməsi məsələsi senatorları iki yerə bölüb . Səbəb aydındır: qərb demokratik institutlarını qaralamaq, insan haqqlarının pozulmasına və Suriyadakı hərbi cinayətlərinə göz yummaq. ( Onu da deyək ki, Amerika prezidentinin öz biznesindən imtina etməməsi və Ağ Evi övladlarının varlanması üçün istifadə etməsi ABŞ-ın nüfuzuna xələl gətirir)
Amerika kəşfiyyat mənbələri xəbər verir ki, Putin öz ölkəsinin on milyardlarla varını mənimsəyib, amma bu barədə ABŞ demək olar ki, heç vaxt danışmır. Rusiyanın kiber hücumuna cavab olaraq Putin haqqında bu informasiyanın Amerika tərəfindən açıqlanmasını, ”Kremlin korrupsiyalaşdığını, Putinin özünün isə korrupsioner olduğunu” demokrat Adam Şiff ötən il Obamadan xahiş etmişdi.
Respublikaçı senator Ben Kardin də bu günkü iclasda bu məsələyə toxunub:” İki kəlmə onu demək istəyirəm ki, prezident Trampın Putinin qanlı əməlləri ilə ölkəmizin fəaliyyətini eyniləşdirməyə yönələn cəhdləri məni narahat edir. Burda hər hansı bir mənəvi eyniləşdirmə yoxdur və düşünürəm ki, Trampın bu mövqeyi bizim ölkəmizi, bizim demokratiya dəyərlərimizi qoruyan hərbi xidmətçilərimizə çox pis təsir etdi. Mən bunu deməliydim” Kardin hesab edir ki, Putinin daxildə və xaricdə apardığı siyasət bir-birilə bağlıdır.”Vaşinqton öz qətiyyətini nümayiş etdirməlidir, ona görə ki, Moskva bizim və müttəfiqlərimizin demokratik inkişafına qarışmaqda davam edəcək. Rusiya bundan sonra da qonşularının müstəqilliyini pozacaq, onu durdurmasan bir az da irəli gedəcək”
Məqalə bu sözlərlə bitir: “Biz düşünmürük ki, Tramp bu işlərin ciddiliyini anlayır və narahat olur. KİV-in verdiyi məlumata görə Tramp heç bilmir ki, CHB-3 müqaviləsi nədir.( 2010-cu ildə Medvedevlə Obama arasında Praqada “Strateji Hücum Silahlarının azaldılması haqqında müqavilə nəzərdə tutulur-tərc.) Rusiyadakı korrupsiya,Putinin repressiya siyasəti haqqında informasiyalar daim diqqət mərkəzində olmalıdır.Ağ Ev bu işin təşəbbüskarı olmayacaq. Bu işə isə yalnız Putin və Tramp etiraz edə bilər.
İnterpress.az