İnterpress.az Azərtac-a istinadən xəbər verir ki, Yerli vaxtla səhər saat 7-də başlayan səsvermə prosesi saat 19-a qədər davam edəcək. Artıq seçki məntəqələrində seçicilərin 51,45 faizi səsvermə hüququndan istifadə edib.
Bu dəfə dövlət başçısı 7 il müddətinə seçilir. Prezident vəzifəsinə 9 namizəd qeydə alınıb. Onlardan üçünün namizədliyi Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən irəli sürülüb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti, MDB-nin müşahidə missiyasının üzvləri, o cümlədən digər beynəlxalq müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyirlər.
İnterpress.az