ABŞ-da iki dəfə səs vermiş qadın 8 il həbs oluna bilərbackend

ABŞ-da iki dəfə səs vermiş qadın 8 il həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında Meksikadan olan imiqrantın seçkilərdə hüququ çatmadığı təqdirdə iki dəfə səs verməsi üzə çıxıb. Buna görə o, 8 ilini həbsxanada keçirə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə The New York Times qəzeti yazıb.

Roza Mariya Orteqa ABŞ-da “Green card”la yaşayıb. O, 2012-ci ildə prezident və aralıq seçkilərində səs verib.

Bu həftə ABŞ-da polis reydi zamanı ölkədə qeyri-qanuni yaşayan yüzlərlə imiqrant saxlanıb.

Ölkənin milli təhlükəsizlik nazirliyi bunu mütəmadi keçirilən əməliyyat adlandırıb.

Yanvarın 26-da ABŞ prezidenti Donald Trump qeyri-leqal imiqrasiya ilə mübarizə üçün sərəncam imzalayıb. ABŞ və Meksika sərhədlərində divar hörülməsi məsələsi ortaya çıxıb.

İnterpress.az