İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkmənistanın seçkilər və referendum keçirmək üzrə mərkəzi komissiyası məlumat yayıb.
Dövlət başçısı vəzifəsinə prezident Qurbanqulu Berdi Muhəmmədov da daxil olmaqla doqquz namizəd yarışır. Bilidirlir ki, ölkədə 2587 seçki məntəqəsi fəaliyyət göstərir. Bunlardan 39-u xaricdəki diplomatik nümayəndəliklərə aiddir.
Qeyd edək ki, seçicilərin səsinin yarıdan çoxunu qazanan namizəd prezident seçiləcək.
İnterpress.az