İnterpress.az xəbər verir ki, bu barədə məlumat Sinxua agentliyində yer alıb. Məlumata görə, hadisə Meysyan rayonunda sürət yolunda baş verib. Bildirilir ki, tunellərin birində kiçik avtobus, yük maşını ilə toqquşub və toqquşma nəticəsində alışıb. Xilasedicilər avtobusda altı sərnişinin cəsədini və üç yaralı tapıblar. Polisin fikrincə, qəzaya mikroavtobusun sürücüsünün sükan arxasında yatması səbəb olub.
İnterpress.az