İnterpress.az xəbər verir ki, PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda helikopterlər havadan dəstək verib. Əməliyyatlar zamanı bir çox şübhəli saxlanılıb.
İstanbul baş polis idarəsi əvvəlcədən təyin edilmiş ünvanlarda səhər saatlarında əməliyyat keçirib. Xüsusi təyinatlıların da dəstək verdiyi əməliyyatlarda təhlükəsizlik məsələsi əvvəlcədən nəzərə alınıb. Evlərdə axtarış aparılarkən polis əməkdaşları avtomatlala ərazini mühasirəyə alıb.
Qeyd edildiyi kimi çox sayda şübhəli saxlanılıb. Evlərdən isə silah, partlayıcı maddə və terror qruplaşmasına aid sənədlər götürülüb.
Saxlanılanlar həkim nəzarətindən keçirilib. Bu müddət ərzində də xəstəxanada təhlükəsizlik tədbirləri həyata keçirilib. Aralarında qadınlar da olan şübhəlilər İstanbul baş polis idarəsinə aparılıb.
İnterpress.az