“Reina” terrorçusu məhkəmədən  edam edilməsini istəyibbackend

“Reina” terrorçusu məhkəmədən edam edilməsini istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əbdülqədir Mşaripov istintaqa verdiyi ifadəsində qeyd edib.
O, “Reina”ya hücum edəndən sonra özünü də öldürmək istədiyini, ancaq təsadüfən bunun baş tutmadığını söyləyib:
“Kluba hücum edəndən sonra mərmilərim bitmişdi. Ona görə də üzərimdə olan əl bombasından özümü öldürmək üçün istifadə etmək istədim. Ancaq bomba partlamadı və mən sağ qaldım. Əslində isə mən “Reina”ya xristianları, sonra isə özümü öldürmək üçün getmişdim. Taksimdə törədilən terror aktını da məndən Suriyada olan “Abu Cihad” adlı İŞİD üzvü istəyib. Ona görə də məhkəmə mənim barəmdə edam hökmü çıxarsa, daha yaxşı olar”.

İnterpress.az