İsrail baş naziri Binyamin Netanyahu bu gün ABŞ-a yollanacaq.
İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və İsrail hökumətinin rəhbəri arasında görüş fevralın 15-də Ağ Evdə keçiriləcək.
Görüşdə tərəflərin İran məsələsini, Suriya və Qəzzadakı vəziyyəti, eləcə də İsrail və Fələstin hökuməti arasında danışıqların bərpa edilməsi perspektivlərini müzakirə edəcəyi gözlənilir.
İsrail mətbuatının yazdığına görə, ölkənin baş naziri İranın nüvə proqramı üzrə lider dövlətlərlə imzaladığı sazişin bütün detallarını yerinə yetirməsinə nəzarətin gücləndirilməsinə çalışacaq. Tərəflər, həmçinin İrana qarşı sanksiyaların saxlanması məsələsini müzakirə edəcəklər.
İnterpress.az