Müraciət müəllifi yazır ki, oğlu Bəhruz Firsənd oğlu Hümbətli 2003-cü ildən 2016-cı ilin oktyabr ayına kimi Masallı Rayonlararası Mühafizə Bölməsində mülki mühafizəçi işləyib. Tağım komandiri Ramazan Fizuli oğlu Quliyev onu qanunsuzluğa sövq edib, sonradan isə şikayət edəndə işdən çıxarıb.
G.Bədirova məktubunda yazır: \”Bir neçə dəfə oğluma təzyiqlə demişdir ki, ”bir-iki nəfər hərbi xidmətdə olmuş adam tap, onları işə düzəldim. Amma bütün söhbətləri mən səninlə, sən də uşaqların valideynləri ilə edəcəksən. Mənim yanıma valideyn gətirmə, gəlib gözlərinin yaşını tökürlər, bilirsən, ağlamağa heç nə vermirlər\”.
R.Quliyev gündə bir neçə dəfə oğluma zəng edəndə də deyirmiş nə oldu, necə ola bilər ki, sən o boyda Yardımlı rayonunda bir- iki nəfər tapıb gətirə bilmirsən işə düzəldək. Sonda oğlum iki nəfəri-Mirzəzadə Vüsal Qiyas oğlunu, Hüseynzadə Cəfər Sərəstan oğlunu tapır. Əvvəlcə oğlum Mirzəzadənin hərbi biletini və kimliyini təsdiq edən sənədlərini 3 min manat gətirib R.Quliyevə verib. İkinci dəfə 3 min manat verəndən 5 gün sonra oğlum R.Quliyevin yanına Mirzəzadənin özünü aparıb. R.Quliyev Mirzəzadənin boyunu ölçüb, boyunun 174 sm olduğu oğlumun yanında Vüsala deyib ki, sənin boyun 175 sm-dən az olduğu üçün qoy yanınızda Bakıya Baş idarəyə danışım \”dabro” alım. Sonra Ramazan Quliyev uşağın özünə oğlumun yanında deyib ki, \”dobro”nu aldım, amma min manat danışdığımız məbləğdən əlavə boyuna görə verməlisən. Ramazan Quliyev işə düzələcək Mirzəzadə Vüsala demişdir ki, get atana de ki, Bakı bu qədər pul istəyir. Həmin pulun yerdə qalan 5500 manat verin Bəhruza gətirsin versin mənə göndərim Bakıya, iş dekabr ayında düzələcək\”.
Şikayət müəllifi yazır ki, baş verənlərlə bağlı Masallı rayon Prokurorluğuna şikayət yazıblar. Lakin şikayətləri rədd edilib. R.Quliyev aldığı pulları da geri qaytarmır.
\”Axı R.Quliyev pulu qaytarmasa, oğlum məcburiyyət qarşısında özünə qəsd, intihar edə bilər ki, pul sahibləri ondan əl çəksinlər. Oğlumun və ailəsinin təhlükəsizliyinin təmin edilməsini Sizdən xahiş edirəm. Biz tayfanın, qohumların 100 nəfərdən çoxu YAP üzvüdür. Ədalət bərpa olmasa, YAP-dan və ölkə vətəndaşlığından imtina edəcəyik. Mən əminəm ki, ciddi nəzarətə alınsa haqq işi öz sübutunu və təsdiqini tapacaqdır. Quliyev Ramazan həqiqətən oğlumdan 13 min 500 manat alıb. Masallı Rayonlararası Mühahizə İdarəsinin əvvəlki sabiq bölmə rəisi Bədir Quliyev barədə hazırda Respublika Prokurorluğunda istintaq işi gedir”. (musavat)
İnterpress.az