Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bilgəh qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən evdə 41 yaşlı E.S. həyat yoldaşı (hələlik adı bilinmir) ilə mübahisə edib. Mübahisə zamanı qadın E.S.-in kürək və qol nahiyələrinə iki bıçaq zərbəsi vurub. E.S.-in çoxlu qan itirdiyini görən qadın \”Təcili yardım\” xidmətinə müraciət edib. E.Salayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. ( report.az )
İnterpress.az