İnterpress.az xəbər verir ki, Əsəd rejiminin neft zavodları İŞİD-in əlinə keçib.
Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə hakimiyyətini davam etməyə çalışdığı bir vaxtda iqtisadi cəhətdən çökmək üzrədir. Əsəd rejimi Əl-Babı İŞİD terrorçularından təmizləyən Türkiyə ordusu və Azad Suriya Ordusunun qarışısını kəsmək üçün Homs və ətrafındakı ordu birləşmələrini Hələbə göndərib. Bununla da Şam hökumətinin əlindəki neft zavodları olan ərazi İŞİD-in nəzarətinə keçib. Neft və benzin depoları İŞİD-in əlinə keçdiyi üçün Əsəd rejiminin benzin ehtiyyatı tükənib. Şamda yüzlərlə avtomobil yanacaqdoldurma məntəqələrində növbəyə durub.
Neft quyularını ələ keçirən İŞİD neft və qaz kəmərlərinin çoxunu partladıb. Suriyanın neft və benzin mənbəyinin böyük bir hissəri Homs və Deyr əz-Zor şəhərində idi. Rejim təcili olaraq Rusiyadan kömək istəyib.
Bundan başqa Hama, Şam, Lazkiyə və Hələbdə benzin növbələri ilə yanaşı çörəyin də qiyməti qalxıb. Hama şəhərində soyuq qış şərtlərinə rəğmən yerli camaata verilən elektrik enerjisində fasilələr yaranıb.
İnterpress.az