Musavat.com cnn.com saytına istinadən xəbər verir ki, bölgədə fövqəladə vəziyyət elan edilib və su anbarının axınla üzü aşağı yerlərində yaşayan əhalinin evakuasiyasına qərar verilib.
Artıq 188000 nəfərin Şimali Kaliforniya ərazisindən evakuasiya edildiyi bildirilir. Hazırda yaranan dəliyi bağlamaq üçün əraziyə vertolyotlar vasitəsilə qayalar atılmaqdadır. Rəsmilər axıntının tezliklə dayanacağı və eroziya sürətinin aşağı düşəcəyini gözləyirlər.
Qeyd edək ki, Oriville Kaliforniyanın ən böyük su anbarıdır.
İnterpress.az