Qulu Məhərrəmliyə qarşı cinayət təqibinə xitam verildibackend

Qulu Məhərrəmliyə qarşı cinayət təqibinə xitam verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Q.Məhərmlinin vəkili Cavid Rzazadə məlumatı təsdiq edərək, heç bir hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsini tamamilə məntiqə uygun nəticə kimi qiymətləndirib. Aydın olub ki, linqvistik ekspertizanın gedişində BDU-dan ayrılmış dilçilərin (Z.Şahbazova və T.İsmayılova) müsahibə mətni ilə bağlı verdikləri mənfi rəy də iddiaçı tərəfin köməyinə çatmayıb. Professor Q.Məhərrəmli bu rəylərin elmi cəhətdən əsassızlığını, sifarişlə yazıldığını sübut edib və bununla bağlı apelyasiya şikayəti verib. Bundan başqa, ölkənin görkəmli dilçilərinin məlum müsahibədə heç bir təhqirin olmaması barədə rəylər də məhkəməyə təqdim edilib.

Qeyd edək ki, media eksperti Q.Məhərrəmli ötən ilin fevral ayında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-nin də ciddi nöqsanlarını göstərib, tənqid edib. A.Alışanov isə məhkəməyə müraciət edərək həm mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını, həm də xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

İnterpress.az