Bağdad hökuməti PKK-ya verdiyi maaşı kəsdibackend

Bağdad hökuməti PKK-ya verdiyi maaşı kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, rəsmi Bağdad Türkiyə ilə əldə olunan müqaviləyə uyğun olaraq İraqda mövcud olan PKK üzvlərinə və ona yaxın qruplara verdiyi maaşı dayandırıb.

Qeyd edək ki, 2016-cı ilin noyabrında İraq Müdafiə Nazirliyinə bağlı mənbə açıqladığı hesabatda PKK üzvlərinin Sincar dağında yezidilərdən ibarət YBŞ silahlılarına təlim keçdiyini bildirmişdi. YBŞ üzvlərinə verilən hərbi təlim qarşılığında isə İraq hökuməti PKK üzvlərinə maaş vermək öhdəliyini öz üzərinə götürmüşdü. Mənbələrə görə, İraq hökuməti Sincar dağında yerləşən 2500 yezidi gəncə təlim keçən 130 PKK-lıya aylıq pul verib.

Bağdad hökuməti yerli hərbi qüvvələrə dəstək və təlim vermək adı altında PKK-ya maliyyə və hərbi yardım etməklə terror təşkilatına leqallıq statusu verməyə çalışıb. Federal büdcədən terrorçu qruplara maaş ödəyən, bunun əksinə olaraq peşmərgəyə yardım etməkdən imtina edən Bağdad hökuməti İraq parlamentindəki kürd fraksiyasının kəskin tənqidləri ilə üzləşib.

İbadi hökumətinin İŞİD-lə mübarizə çərçivəsində ABŞ-dan aldığı silahı İranın yönlü şiə qruplara və PKK-nın müxtəlif qollarına verməsi peşmərgə qüvvələrinin narazılığına yol açıb.

İnterpress.az