İnterpress.az xəbər verir ki, aprel döyüşlərində başından ağır qəlbə yaraları almış Qoşqar Hacıyev \”Ölkə.Az\”-ın suallarını cavablandırıb.
– Qoşqar salam, necəsiniz?
– Çox sağ olun, yaxşıyam. Şükür Allahın böyüklüyünə. Siz necəsiniz?
– Var olasınız, biz də yaxşıyıq. Özünüzü necə hiss edirsiniz?
– Yaxşıyam. Sevinirəm ki, məni axtarırsınız.
– Xəbər yayılıb ki, müalicənizi iş adamı Mübariz Mənsimov etdirəcək.
– O yalan söhbətdir. Mənim xəbərim olmaya-olmaya yazmışdılar ki, Qoşqarın vəziyyəti pisləşib, xəstəxanaya götürüblər.
– Hazırda müalicə olunursunuz?
– Hələ ki evdəyəm. Allah qoysa, martda gedəcəm Türkiyəyə.
– Kim göndərir?
– Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüylə gedirəm. Martın 1-nə biletlərimiz alınıb.
– Maddi durumun necədir?
– Vəziyyətimiz bir az ağırdır.
– Müdafiə Nazirliyindən maraqlanırlarmı?
– Müdafiə Nazirliyi məndən əlini çəkdi, qardaş. Heç bir köməklik etmədilər. Cəmi bir dəfə Türkiyəyə göndəriblər. Nə edirsə, Mehriban xanım edir. Əhd eləmişəm, gələndən sonra əgər görüşdürsələr, onunla görüşəcəyəm (qəhərlənir).
– Qəhərlənməyin, siz çox dəyərli insansınız.
– Nə zaman da gəlsəniz, qapımız üzünüzə açıqdır.
İnterpress.azhttps://youtube.com/watch?v=ZcH4Utq5tbc