İnterpress.az \”Ria Novosti\”yə istinadən məlumat verir ki, bu barədə qərar klubun direktorlar şurası tərəfindən verilib.
İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub. Baş məşqçinin istefası barədə qərarın bu gün rəsmən elan ediləcəyi gözlənilir.
Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”ın baş məşqçisi vəzifəsinə gətirilib. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş\”dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb.
İnterpress.az