İnterpress.az xəbər verir ki, bu dəfə atəşkəsi pozan tərəflərə hansı sanksiyaların tətbiq ediləcəyi müzakirə ediləcək. Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov məlumat verib.
Nazir deyib: \”Söhbət əsasən hərbi əməliyyatların başa çatdırılma rejiminin, yəni atəşkəsin pozulma hallarının təyin edilməsi, atəşkəsi pozanlara qarşı sanksiyaların tətbiq edilməsi mexanizmindən gedir\”.
Kayrat Abdraxmanov bildirib ki, hazırda Rusiya və Suriya hökumətlərinin nümayəndə heyətləri artıq Astanaya təşrif buyurublar. İran və İordaniya nümayəndə heyətlərinin gəlməsi gözlənilir. Nazir həm də bildirib ki, yaxın müddətə müxalifətin də danışıqlarda iştirakı gözlənilir.
İnterpress.az