Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Babayevdən paytaxtın Xətai rayonu ərazisində \”TT\” markalı tapança və 4 ədəd patron götürülüb.
Həmin gün Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Tağıyevdən \”Naqan\” markalı tapança və 4 ədəd patron götürülüb.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə kənd sakini Eldəniz İsmayılovdan müvafiq sənədləri olmayan \”TOZ-B\” markalı ov tüfəngi götürülüb.
İnterpress.az