Ermənistanın hakim Respublikaçılar Partiyasının parlament seçkilərindəki proparsional seçki siyahısına müdafiə naziri Viqen Sarkisyan başçılıq edəcək. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib. Siyahıda ikinci İrəvanın meri Taron Marqaryanın, üçüncü isə ədliyyə naziri Arpine Ovannisyanın adı gəlir. Daha sonra siyahıya müvafiq olaraq Ermənistan parlamentinin deputatı Ara Babloyan və mədəniyyət naziri Armen Amiryanın adı salınıb.
Ermənistan prezidenti Serj Sərkisyan və baş nazir Karen Karapetyan Ermənistanın hakim Respublikaçılar Partiyasının proparsional seçki siyahısına daxil edilməyib. Jurnalistlərin bununla bağlı sualına cavabında Şarmazanov deyib ki, prezident “özü belə istəyib”. Baş nazirə gəldikdə, vitse-spikerin sözlərinə görə, Karapetyan son beş il ərzində Ermənistanda yaşamadığı üçün onun 2 aprel seçkilərinə qatılmasına qanun icazə vermir.
Ümumilikdə hakim partiyanın siyahısında 64 namizədin adı var.
İnterpress.az