Bu haqda İnterpress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onun əlindəki sellofan torbaya baxış zaman oradan 10 kiloqram 100 qram yüksək psixotrop xassəyə malik narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İnterpress.az