AzNews.az xəbər verir ki, Qırğızıstan konistitusiyasına əsasən prezident altı ildən bir seçilir. Bu posta seçilən şəxs ömründə yalnız bir dəfə prezident ola bilər. 2011-ci ildə Qırğızıstan prezidenti seçilmiş Atambayevin səlahiyyət müddəti 2017-ci ilin payızında bitir. Atambayev dəfələrlə bəyan edib ki, özünə xələf hazırlamır. O, vurğulayıb ki, yalnız dürüst seçkilər ölkədə stabilliyi təmin edə bilər:
“Növbəti 9 ay müddətində demokratik seçkilərin keçirilməsi üçün işlər aparılmalıdır.”
Qırğızıstanda prezident postu uğrunda yarışa ötən həftədən start verildi. Bütün partiyalar öz namizədlərini açıqlayıb. Ekspertlər əsas namizədin Sosial-demokratlar partiyasından olan, hazırki baş nazir Sooronbay Jeenbekovun olacağını bəyan edirlər. Politoloqlar qeyd edir ki, hələ ki, partiya bu namizədin adını açıqlamamaqla seçkilərin daha yüksək səviyyədə baş tutmasına niyyət edir.
Prezidentlik postu uğrunda 15 namizədin mübarizə aparacağı ehtimal edilir.
2011-ci ildə Qırığızıstanda 83 nəfər prezident seçkilərində iştirak etmək istəsə də, onlardan yalnız 23 nəfərin namizədliyi qeydə alınıb. Bu şəxslərin yeddi nəfəri isə seçkilərə bir neçə gün qalmış öz namizədliklərini geri götürdü.
İnterpress.az