İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, Vladimir Putin və Donald Tramp arasında görüş keçiriləcək. Rusiya və ABŞ prezidentlərinin görüşü ilə bağlı razılıq ldə olunmasıni Federasiya Şurasının rəhbəri Valentina Matviyenko bildirib və hal-hazırda bu görüşün intensiv təlim hazırlığı gündəliyinin olduğunu söyləyib. Eyni zamanda onu da bildirib ki, Moskva müzakirələrin müsbət nəticələr əldə edəcəyinə ümid edir. İnterpress.az \”Интерфакс\” agentliyinə istinadən xəbər verir ki
\”Biz münasibətlərin bərpasına yüksək əhval-ruhiyə ilə yanaşırıq. Tam münasibətləri bərpa etmək üçün istər- siyasi, iqtisadi və digər məsələlərdə Amaerika Birləşmiş Ştatlarından da eyni yanaşmanı gözləyirik deyə Valentina Matviyenko bildirib.
Federasiya Şurasının spikeri İllərlə toplanmış siyasi münasibətləri bərpa edib aradakı buzları bir caniyədə əritmək mümükün olmadığının qeyri-mümkün olduğunu qeyd edib. Lakin Matvienkonun fikrincə bu münasibətlərin bərpasında hər iki dövlətin mütləq anlaşma maraqları olduğunu deyib.
\”Fikir ayrılığı, anlaşılmazlıqlar və eyni qlobal məsələlərə müxtəlif yanaşmalarla dialoqun və qarşılıqlı anlaşmanın məqbul həllinə axtarış prosesində baxılacaq\” deyə Valentina Matviyenko bildirib.
Bu məsələlərdən biri – Krım olacaq.
\”Krım Rusiyanın ayrılmaz tərkib hissəsidir. Bu, bizim üçün Krım sakinlərinin iradəsinin ifadəsidir və bu məsələ qeyri-müzakirə mövzusudur\” deyə Matvienko davam edib. \”Bu məsələnin həllində digər şərhlər qəbul edilə bilməz.\”
Spikier qeyd edib ki, Rusiya və Amerika rəhbərlərinin görüşü tərəflərin mövqelərini aydınlaşdırmaq, və gələcək əməkdaşlıq yollarını inkişaf etdirmək məsələləri üzərində qurulub. O, iki dövlət başçılarının görüşündə yalnız münasibətlərə aydınlıq gətiriləcəyini qeyd edib.
Qeyd edək ki, Ağ Ev mətbuat katibi Şon Spayser son açıqlamasında bildirmişdi ki, Donald Tramp Krımın Rusiyadan alınıb yenidən Ukraynanın tərkibinə qatılacağı barədə danışıqlarda ciddi addım atacaq və Krım ukraynaya veriləcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova \”Biz öz torpaqlarımızı heç kimə qaytarmayacağıq\” deyə bildirib.
Fevralın 16-da Bonn şəhərində G20 iclasında ABŞ Departamentinin baş katibi Reks Tillersonun iştirakı gözlənilir. Bonnda Rusiyanı Xarici İşlər Naziri Sergey Lavrov təmsil edəcək. G20 liderlər zirvəsi 7-si və 8-i iyulda Hamburgda keçiriləcək. putin və Trampın ilk görüşünün Almanya da və ya ondan öncə Sloveniya, İslandiya və Finlandiya keçitiləcək tədbirlərdə baş tutcağı sualı intriqa olaraq qalır.
İnterpress.az