İnterpress.az-ın məlumatına görə, APA-nın \”Kyodo News\”-a istinadən verdiyi xəbərə görə, onun adı hələ ki, açıqlanmır. Ötən gün Kuala-Lumpurda Kim Çen Namın ölümü ilə əlaqədar 1988-ci il təvəllüdlü Vyetnam vətəndaşı olan qadın həbs olunub.
Malayziya polisi bundan əvvəl Şimali Koreyanın liderinin qardaşı Kim Çen Namın hava limanında öldüyünü təsdiqləyib. Onun ölümünün səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, Kim Çen Namı Kuala-Lumpurda hava limanında iki qadın zəhərləyib.
Ötən gün ABŞ hökumətindəki mənbə Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyini bildirib.
İnterpress.az