İnterpress.az xəbər verir ki, bu barədə \”Habertürk\” məlumat yayıb.
Məlumata görə, hadisə Konya şəhərində, Səlcuqlu mahalında qeydə alınıb. Belə ki, yuyucu vasitələr istehsal edən fabrikdə 34 nəfər hələlik müəyyən olunmamış səbəb üzündən zəhərlənib.
Zavodda növbədə çalışan bəzi işçilərdə mədə bulanması və başgicəllənməsi baş verib. Bu səbəbdən də fabrikə təcili yardım çağrılıb. Lakin zəhərlənən işçilərin sayının artması səbəbindən sonradan müəssisəyə çoxlu sayda polis və təcili yardım cəlb edilib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
İnterpress.az